Abşeronda avtomobil yolu keçən iki piyadanı vurub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 5-də saat 20:00 radələrində Abşeron rayonu ərazisində baş verib.

Rayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Yardımlı rayon sakini Maqsud Şəbiyev və Zərdab rayon sakini Nəsimi Əlövsətli vurulublar. M.Şəbiyev hadisə yerində ölüb, N.Əlövsətli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Mənbə
ANS PRESS