ANS PRESS-in məlumatına görə, saxlanılan 35 yaşlı E.K. və 28 yaşlı F.G,-nın üzərindən məhdud sayda çap etdirilən bir milyonluq ABŞ dolları tapılıb. Tapılan əskinasın yanında onun həqiqiliyini sübut edən sertifikat da olub.
Türkiyə polisindən bildirilib ki, əməliyyat verilən xəbərə əsasən keçirilib. Xəbərdə bildirilirmiş ki, 2 nəfərdə beynəlxalq bazarda satışa çıxarılması qadağan edilən yüksək dəyəli əskinas var. Verilən xəbərə əsasən keçirilən əməliyyat zamanı məlumat öz təsdiqini tapıb.
Saxlanılan şəxslər 1 milyonluq dolları haradan aldıqlarını və nə məqsədlə gətirdiklərini deməyiblər.
Tapılan əskinas Türkiyə Mərkəzi Bankına göndərilib.
Qeyd edək ki, tapılan bir milyonluq dollar 1988-ci ildə məhdud sayda çap edilib. Bu əskinasa xüsusi qoruyucu element vurulub. Vurulan element isə hələlik heç bir pul vahidinə vurulmayıb və onu saxtalaşdırmaq qeyri-mümkündür. Bundan başqa, çıxarılan hər bir dollar üçün həqiqiliyini təsdiq edən xüsusi sertifikat da hazırlanıb.


MənbəANS PRESS