Bu layihə tarixi İpək yolunun bərpası istiqamətində ciddi addım olacaq.
Bu sözləri Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Lütfi Elvan bu günlərdə İstanbulda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə ərazisindəki uzunluğu 79 kilometrdir. Türkiyə tərəfdəki işlər tamamilə başa çatıb.
"Deyə bilərəm ki, bu dəfə gecikmə olmayacaq. Dəmir yolu bu ilin sonuna qədər istifadəyə veriləcək", - deyə o əlavə edib.
Bəs belə bir dəmir yolu xəttinin açılması ölkəmiz üçün hansı perspektivlər vəd edir?
Daha ətraflı bu keçiddə oxuyun.
Milli.Az
