Uşaqlıqdan üzü və səsi Azərbaycan tamaşaçısına tanış olan aktyor Ruslan Nəsirov bu gün vəfat edib. Lent.az-ın məlumatına görə, bu barədə "Report"a Ruslan Nəsirovun dostu aktyor Kamran Yunis bildirib.
Uzun zamandır qaraciyərində yaranan problemdən əziyyət çəkən aktyor Azərbaycan Televiziyasında Dublyaj redaksiyasında çalışırdı.Ruslan Nəsirov Azərbaycan tamaşaçılarına "Tənha narın nağılı", "Yaramaz", "Qəm pəncərəsi", "Pəncərə", "Ağ atlı oğlan" və s. filmlərdən yaxşı tanışdır.
Qeyd edək ki, aktyor Ruslan Nəsirov 1974-cü ildə anadan olub. Ömrünün son illərində dublyajda çalışırdı.