Uşaqlığı səfalət içində keçən Sofi gözəllik yarışmasına qatılmaqla həyatını dəyişib. 15 yaşında film çəkilişi zamanı tanış olduğu rejissor Karlo Pontiyə aşiq olur.
O zamanlar İtaliyada qadağan olan boşanmaya görə, cütlük düz 7 il sonra evlənə bilir.
İtaliyada boşanma qanuniləşən kimi həyat yoldaşından ayrılan Ponti gənc aktrisa ilə meksikada evlənir.
Sofi Loren və Karlo Ponti 50 il evli qalıblar. Evlilik rejissorun ölümünə kimi davam edib. Sofi həyat yoldaşını o qədər sevirdi ki, onun ölümündən sonra qəti şəkildə ailə qurmayacağını deyirdi.
Ponti və Loren 1957-ci ildə ailə quran da bəy ona dünyanın ən gözəl evini vəd etmişdi. Ponti sözünün üzərində durur və 16-cı əsrdən qalma 50 otaqlı mülk alır.
1964-cü ildə "LIFE" jurnalının fotoqrafı Lorenin q ala kimi qorunan evinə girərək oradan fotolar çəkməyi bacarır. Evin dəbdəbəsi heç də kral sarayından geri qalmır.
ANS PRESS dünyanın ən gözəl aktrisalarından birinin evinin dünəni və bu gününün fotolarını təqdim edir.















Mənbə
ANS PRESS