"Barselona"nın futbolçusu Neymar komanda yoldaşı Luis Suaresdən üzr istəyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna braziliyalı futbolçunun "Vilyareal"la kubok matçında Suaresə ötürmə verməməsi səbəb olub.
Hücumların birində əlverişli mövqedə olan Suaresə ötürmə verməyərək özü zərbə endirən Neymar deyib: "Epizodların birində Suareslə hücuma atıldıq. Rəqib müdafiəçinin gəldiyini gördüm və qərara aldım ki, zərbəni özüm endirim. Futbolda belə şeylər olur. Meydanda bir-birimizi yaxşı anlayırıq. Suaresdən üzr istəyirəm və söz verirəm ki, növbəti oyunlarda ona ötürmə edəcəm".
Qeyd edək ki, "Barselona"nın 3:1 hesabı ilə qalib gəldiyi "Vilyareal"la görüşdə Suares bir dəfə fərqləndiyi halda Neymar dublla yadda qalıb.
Milli.Az
Milli.Az