Bakıda baş verən qətl hadisəsinin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 18-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 28-də saat 23 radələrində A.Heydərov küçəsində kirayədə yaşayan Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Mail oğlu Əliyevi öldürən şəxsin kimliyi bilinib.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikovdur.

Polisin keçirdiyi əməliyyat nəticəsində N.Məlikov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS