Kürdəmir Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 5-də Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yolun kənarında Axtaçı kənd sakini, 1994-cü il təvəllüdlü Neman Budaqovun üzərində xəsarətlər olan meyidi aşkar edilib.Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib
İlkin araşdırmalardan sonra qətlin Neman Budaqovun öz həmkəndlisi tərəfindən törədildiyi müəyyən edilib. Belə ki, Axtaçı kənd sakini, 1992-ci il təvəllüdlü Toğrul Bağırov şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açaraq Neman Budaqovu qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az