Müğənni Elvin Abdullayev “Sevmək yaraşmadı” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, Gürcüstanda lentə alınan ekran işinin rejissoru sənətçinin həyat yoldaşı Afət Abdullayevadır.

Yeni işindən bəhs edən E.Abdullayev hər dəfə klip üçün Tiflisə yollanmağının səbəbini açıqlayıb:

“Yaradıcı heyət Gürcüstandandır. Onların işləri xoşuma gəlir. Keyfiyyətli və maraqlı olur. Ona görə, hər dəfə Tiflisə yollanıram. Ssenarini həyat yoldaşım Afət yazıb. Sağ olsun ki, mənim işimə də vaxt ayırır”.

Qeyd edək ki, A.Abdullayeva ATV-də rejissor vəzifəsində çalışır.