[ 06 Mart 2015 09:25 ]
Bakı - APA. Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 20 sakin yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.