“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Polşanın “Polsat” idman kanalı ilə saziş imzalayıb
Bakı, 5 mart, AZƏRTAC
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi mötəbər yarışın Polşada yayımını təmin etmək üçün “Polsat” idman kanalı ilə saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, sazişə əsasən Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan “Polsat” Avropa Oyunlarını hər gün azı altı saat müddətində, o cümlədən gündəlik əsas məqamları yayımlayacaq. Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də televiziya vasitəsilə nümayiş etdiriləcək.
“Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib: “Oyunların “Polsat” və “Polsat Sport” kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyi xəbəri məni çox sevindirdi. Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçi auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik”.
“Polsat” kanalının idman departamentinin rəhbəri Pyotr Paykel bildirib: “Avropa Oyunları beynəlxalq idman təqvimində son 50 ildə keçirilmiş ən mühüm tədbirlərdən biridir. Bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq. “Polsat” vasitəsi ilə “Bakı-2015”i Polşaya yayımlamaq üçün bizə verilən ekslüziv hüquqla fəxr edir və səbirsizliklə möhtəşəm yarışların yayımlanacağını gözləyirik”.
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andjey Kraşnitski əlavə edib ki, Avropa Oyunları idman dünyasında mühüm bir hadisədir və ən az 12 idman növü üzrə idmançılara Olimpiya Oyunlarına təsnifat imkanı verəcək. Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandır və “Polsat”ın bu cür tədbiri yayımlayacağı xəbərini duymaq çox xoşdur.
Bu sazişin bağlanması ilə “Bakı-2015” ABŞ, Çin və Ərəb ölkələri də daxil olmaqla, dünyanın 53 ölkəsində yayımlanacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Ərəblərdən ulduz futbolçuya təklif
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08