Özəl klinikalara pis xəbər
ANS PRESS-in məlumatına görə, bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Millət vəkilinin sözlərinə görə, bəzi tibb müəssisələri onlara yaradılan şəraitdən sui-istifadə edərək qanunları ciddi şəkildə pozurlar: “Yəni müəssisə hansı sahə üzrə lisenziya alıbsa, o sahə üzrə də fəaliyyət göstərməlidir. Bir də görürsən ki, stomatologiya üzrə lisenziya alıb, amma abortla məşğuldurlar. Ona görə də bir müddət əvvəl Azərbaycanda özəl müəssisələrdə tibbi xidmətin tənzimlənməsi, onlara lisenziyaların verilməsi ilə bağlı bəzi addımlar atıldı, bu qaydaların pozulmasına görə cərimələr 8 min manatadək artırıldı. Hazırda Səhiyyə Nazirliyi bu sahəyə çox ciddi nəzarət edir. Amma bəzən qanunları pozan özəl tibb müəssisələrinin lisenziyalarının ləğv olunmasında müəyyən problemlər yaranır. Ona görə də bundan sonra onlara verilən lisenziyanın ləğv olunması prosesi sadələşdiriləcək”.
H.Rəcəbli qeyd edib ki, eyni zamanda xaricdən Azərbaycana gələn həkimlərə də ciddi nəzarət olunur. Bu sahəyə nəzarəti Səhiyyə Nazirliyinin bununla bağlı lisenziya verən müvafiq idarəsi həyata keçirir.
Komitə sədrinin fikrincə, Azərbaycanda digər sahələrdə olduğu kimi, səhiyyə sistemindəki problemlər də getdikcə aradan qaldırılacaq. Artıq bu sahədə dövlət tərəfindən ciddi işlər görülür və məsələlər zaman-zaman tənzimlənir: “Niyə insanlar müalicə üçün Azərbaycandan İrana gedirlər? Bunun bir neçə səbəbi var. Qeyd edim ki, İranda bəzən alınan müalicələr sonra heç effekt də vermir. Buna baxmayaraq, guya ucuz olduğuna görə vətəndaşlarımız ora qaçırlar. Amma bizim həm dövlət, həm də özəl tibb müəssisələrimizdə normal müayinə və müalicə aparılır. Məsələn, bizim yaxşı göz, mədə-bağırsaq, onkoloji həkimlərimiz var. Onların bəziləri dünya şöhrətli həkimlərdir. Buna baxmayaraq, bizim səhiyyə sistemimiz hələ təkmilləşməlidir. Elə etməliyik ki, xaricə gedib müalicə almaq istəyənlərin sayı azalsın. Təbii ki, xaricdə müalicə almaq istəyənlər həmişə olacaq. Bu, insanların öz seçimi və maddi imkanları ilə bağlıdır. Amma vaxt keçdikcə müalicə olunmaq üçün Azərbaycandan kənara gedən insanların sayı azalacaq”. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05