Dünya şöhrətli müğənni-aktrisa Cennifer Lopez “Loaded” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, ifaçı ilk dəfə onu iki dəfə transseksualla aldadan keçmiş sevgilisi Kasper Smart haqda danışıb. Ceylo münasibətlərində hər zaman aldadıldığını deyib:

“Sadiq olmayan münasibətlər gördüm. Dəfələrlə aldadıldım. İnsan həmin an özünü nəsə səhv bir iş tutmuş, günahkar kimi, əksik hiss edir. Bu təkcə qadınlara aid hiss deyil. Əminəm ki, kişilər də xəyanətə uğrayanda belə hiss edirlər. Boşandıqdan sonra özümü təkmilləşdirdim və bəzi şeyləri dərk etdim. Həyat çətinliklərlə doludur. Amma ayaq üstdə durub yaşamağa davam etməlisən. Depressiyaya düşüb-düşməmək özümüzdən asılıdır”.