Bakı, 5 mart, AZƏRTAC
Martın 10-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində fortepiano musiqisi axşamı keçiriləcək.
“Kapellhaus” dan AZƏRTAC-a bildirilib ki, musiqi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Firəngiz Hacıyevanın sinfinin şagirdləri çıxış edəcəklər.
Konsertin proqramına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxil edilib.