Lent.az iş görüşünə gedərkən bu 10 səhvi etməməyi məsləhət görür.

 

Salamlaşarkən zəif şəkildə əl sıxmaq

İş görüşünə gedərkən müsahibə alacaq şəxslə zəif şəkildə əl sıxışmaq kövrək və özünüzə güvəninizin az olduğuna işarədir.

 

Saqqız çeynəmək

Nə qədər bacarıqlı olursunuz, olun - müsahibə zamanı saqqız çeynəməniz arzuladığınız işi qazanmaq şansınızı sıfıra endirəcək.

 

Geyimə diqqət etməmək

Düz ayaqqabı, çox yüksək topuqlar, saxta kipriklər və qeyri-adi geyimlər müsahibə zamanı çox yanlış təsir bağışlayır.

 

Keçmişlə bağlı  suallara hazırlaşmamaq

Müsahibə zamanı iş axtaranın keçmiş işi ilə bağlı bilmədən işlətdiyi hansısa ifadə onun əvvəlki işində də arzulanan işçi olmadığı təəssüratını oyada bilər.

 

Maraqlıdır ki, iş axtaranların əksəriyyəti  müsahibə zamanı çantaları qucaqda oturmaqla eyni səhvi təkrarlayırlar.

 

CV yazılışında səhvlər

Heç nə CV yazılışındakı səhvlər qədər arzularınızı puç edə bilməz.

 

Telefona cavab vermək

Müsahibə zamanı telefonun zəng çalması, ya da danışığı kəsib zəngə cavab verməyiniz  edilən ən böyük səhvdir.

 

Kasad bədən dili

Duruş və bədən dili müsahibə zamanı bacarıq, yetkinlik və özünə güvənlə bağlı çox şey ifadə edir.

 

Qeyri-adi fikirlər

Qeyri-adi, yersiz fikirlər müsahibə qəbulunu dəyişə bilər.

 

Kobud davranış

Hansısa yanlışla bağlı kobud davranış göstərmək təxmini “hə”ni qətiyyətli “yox”la əvəz edə bilər.