Amerikalı aktyor Uill Smitin qızı Villou Smitt “CR Fashion Book” jurnalı üçün fotosessiya etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun 14 yaşlı qızı şəkillərdə qeyri-adi geyimlərdə və bəzək əşyalarında olub.

Yaşından olduqca böyük görünən Villou şəkillərdə əsl dəb ikonası obrazını canlandırıb.