Azərbaycan, Bakı, 5 mart /Trend/

ABŞ-da Massaçusets Texnologiya Universitetinin alimləri Marsda karbon qazından oksigen əldə etmək məqsədilə təcrübə qurğusunun hazırlanmasına başlayıblar.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, alimlər mövzu ilə bağlı təfərrüatlı məlumatı martın 16-20-də Hyustonda keçiriləcək Ay və planet elmləri üzrə konfransda verəcəklər.

NASA mütəxəssisləri qurğunu 2020-ci ildə Marsa göndərmək niyyətindədirlər.

Mars atmosferi 96 faiz karbon qazından, 0,2 faiz oksigendən ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az