Yevlax rayonunun Rüstəmli kəndi ərazisində su kanalından kişi meyidi tapılıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, həmin kənd sakini, 1978-ci il təvəllüdlü Eldar  Zakir oğlu Əhmədovun cəsədi yaxınları tərəfindən aşkarlanıb. Bildirdiklərinə görə, Eldar Əhmədov epilepsiya xəstəsi olub. Onun ölümü də bu xəstəliklə əlaqələndirilir.

Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma davam edir.

Milli.Az