ABŞ-ın Cənubi Koreya Respublikasındakı səfiri Mark Lippert hücuma məruz qalıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində səhər saatlarında baş verib.

 

Hazırda səfirin xəstəxanada olduğu bildirilir. İnsidentin təfərrüatları hələlik məlum deyil.