“Yalanın gerçəkliyi” kitabı təqdim olunub
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Fazil Güneyin “Yalanın gerçəkliyi” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət xadimlərinin, ədəbiyyatşünasların və ədəbiyyatsevərlərin iştirak etdikləri tədbirdə kitabın məziyyətlərindən söz açılıb.
Təqdimat mərasimində əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu Fazil Güneyin özünəməxsus yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışıb.
Bildirilib ki, müəllif Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışdığı illərdə də ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb və Azərbaycan həqiqətlərinin dünyaya tanınmasına öz töhfəsini verib. “Qara qan” kitabı ilə böyük oxucu məhəbbətini qazanan yazıçı bu gün də öz əqidəsinə sadiq qalaraq yeni əsərləri ilə xalqımızın başına gətirilən müsibətlərə güzgü tutur, haqq işimizin dünyaya çatdırılması yolunda əlindən gələni əsirgəmir.
Tədbirdə politoloq Reyhan Mirzəzadə, general-leytenant Ədalət Paşayev, xalq yazıçısı Sabir Rüstəmxanlı və başqaları çıxış edərək Fazil Güney yaradıcılığından söz açıblar.
Diqqətə çatdırılıb ki, kitabda müəllifin müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərdən seçmələr toplanıb. Müxtəlif janrlarda yazılmış bu əsərlər fərqli mövzularda olsalar da, onların aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. Seçmələr arasında romantik, fəlsəfi əsərlərlə yanaşı, sarkazmla yazılmış “Yalanın gerçəyi” povestində, “Amazon”, “Cənnəti də pulla almaq istədi”, “Nostalji” hekayələrində yazıçı qəhrəmanlarının iş dünyasını açmaq üçün düşündürücü satiradan, “Qloballaşma dərsi” və digər hekayələrində islahedici yumordan istifadə edib.
Vurğulanıb ki, filologiya elmləri namizədi Fazil Güney yüzlərlə publisistik yazıların, felyeton, pamflet və hekayələr, elmi məqalələr müəllifidir. “Ulduz sövdəsi” pamfletlər toplusunun, Qarabağ müharibəsindən bəhs edən “Qara qan” tarixi romanının, ABŞ-da ingiliscə çap olunan “Reality in Lie” hekayələr və povestlər toplusunun, Suriya bədii nəsrinin tədqiqinə dair “Müasir Suriya romanı”, “Suriya qadın yazıçılarının əsərlərində qadın azadlığı” monoqrafiyalarının müəllifi kimi şöhrət qazanıb.
Diqqətə çatdırılıb ki, hazırda müəllif “Qara qan” tarixi romanının üçüncü cildi üzərində işləyir.
Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni əsərində təqdim olunan yaradıcılıq nümunələrindən söz açıb. Deyib ki, gərək hər bir qələm adamı ədəbiyyatımızın dünyada tanınmasına öz töhfəsini versin.
Müəllif bundan sonra da Azərbaycan ədəbiyyatının inkişafı naminə bütün qüvvəsini səfərbər edəcəyini və yeni əsərləri ilə oxucuların görüşünə gələcəyini söyləyib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33