[ 04 Mart 2015 16:02 ]


Onun kəsilmiş əlləri və ayaqları çamadanın içində tapılıb

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Rostov vilayətində 46 yaşlı azərbaycanlı vəhşicəsinə öldürülüb.

 

APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, Rostov vilayətinin QRES qəsəbəsində çamadanın içində kəsilmişinsan əlləri və ayaqları tapılıb.


Rusiya hüquq-mühafizə orqanları çamadanın içində olan kişi cəsədinin qalıqlarının 46 yaşlı azərbaycanlıya məxsus olduğunu açıqlayıblar. Həmin azərbaycanlının həbsxanadan yenicə çıxdığı bildirilib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.