İrandan gələn azərbaycanlının daxili orqanından 56 büküm narkotik vasitə çıxıb.

ANS PRESS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Famil Abbasovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından narkotik vasitə tapılıb. O, düz bağırsağına 42 ədəd bükümdə ümumi xalis çəkisi 99,918 qram olan narkotik vasitə - tiryək, 14 ədəd bükümdə isə ümumi xalis çəkisi 16,07 qram olan narkotik vasitə - həşiş qətranı gizlədibmiş.

Əməliyyat zamanı narkotik vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS