Dədə Qorqud personajının canlandırılması da şənliyə xüsusi rəng qatıb. El adətinə uyğun olaraq üzərlik yandırılıb, el-obanın bəd-nəzərdən qorunması Allahdan dilənib. Tonqal ətrafında oxunan musiqilər, Kosa və Keçəlin məzəli dialoqları, rəngarəng rəqslər lənkəranlılara əsl bayram ovqatı, şadlıq bəxş edib.
Qeyd edək ki, Novruz bayramına qədər ölkəmizdə geniş şəkildə qeyd olunan dörd çərşənbələrdən növbəti iki çərşənbə - yel və ilaxır çərşənbələrin sonuncusu olan torpaq çərşənbəsidir.
Milli.Az






