Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə Rauf adlı şəxsin Sabuçu rayonu Bilgəh qəsəbəsində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini saxta sənədlərlə başqa şəxslərə satması barədə müraciətlər daxil olub.
Aparılan araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər də məhkum olmuş Rauf Məmmədovun, həqiqətən, Bilgəh qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinə dair sənədinin surətini Sərxan Qəhrəmanov adlı vətəndaşa verərək, həmin ərazinin güya özünə məxsus olduğunu bildirməsi və bu məqsədlə sonuncudan ilk olaraq 5000 manat pul alması müəyyən edilib.
Tərəflər qalan məbləğin əvəzinə, Sərxan Qəhrəmanova məxsus avtomobilin Rauf Məmmədovun tanışı olan İlham Rzayevin adına keçirilməsi barədə razılığa gəliblər.
Baş idarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz sövdələşməyə yardımçı olan Gəncə şəhər sakini Mətləb Nağıyev, həmçinin İlham Rzayev və Rauf Məmmədov sözügedən avtomobili sonuncunun adına rəsmiləşdirmək istəyərkən saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.

