Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İstehsalat Birliyin Lent.az-a verilən məlumata görə, saat 10:00-dan 16:00-dək Şəmkir, saat 10:00-dan işlər başa çatanadək isə Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Buna səbəb daşıyıcı qaz kəməri üzərində tənzimləyicinin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsidir.