Mobil nömrələrin daşınmasında yenilik
Bakı, 3 mart, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”na dəyişikliklər edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mobil nömrələrin daşınması xidmətindən istifadə edən abunəçilərin rahatlığını təmin etmək məqsədilə nömrə daşınması prosesində nəzərdə tutulan müddət qısaldılıb.
Belə ki, dəyişikliklərə əsasən artıq mobil nömrələrin daşınması üçün tələb olunan 6 iş günü müddəti 3 iş günü müddətinə endirilib. Bundan sonra abunəçinin xidmətdən istifadə edilməsi ilə bağlı ərizəsinin qəbul olunduğu vaxtdan sonra 3 iş günü müddətində nömrəsinin daşınması həyata keçiriləcək. Bu da mobil nömrələrin daşınmasının daha operativ və çevik reallaşdırılması, abunəçilərin sözügedən xidmətə olan maraqlarının artırılmasına xidmət edir.
Dəyişikliklərdən biri də abunəçilərin borcları ilə bağlı olub.
Məlumat üçün bildirilib ki, bu vaxta qədər borcu olan mobil nömrələrin daşınmasına icazə verilmirdi. Hətta “post paid” abunəçiləri tərəfindən borcla bağlı ödəniş ediləndən sonra abunəçi hər hansı bir nömrəyə zəng edirdisə, bu zaman yaranan 5-10 qəpik də borc hesab olunurdu və ona görə də nömrənin daşınmasından imtina edilirdi. Yeni dəyişikliyə görə, bu məsələ də aradan qaldırılıb. Belə ki, bundan sonra qeyd olunan abunəçilər üçün sözügedən borclar cari borclar hesab olunaraq daşınmaya icazə veriləcək və hesablama sonradan aparılacaqdır.
Yeni dəyişikliklərin tətbiqinə mart ayının 2-dən etibarən başlanılıb. Azərbaycanda mobil nömrə daşınması xidmətinin tətbiqinə başlanıldıqdan bu vaxta qədər təxminən 17 mindən çox nömrə bir operatordan digərinə daşınıb.
Qeyd edək ki, respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti 2014-cü il fevralın 1-dən etibarən fəaliyyətə başlayıb. Bu xidmət ümum istifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi sellülar (mobil) nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05