ABŞ-nin hazırkı siyasətini və dəniz blokadasını davam etdirməsi halında Hörmüz boğazında təhlükəsiz keçid olmayacaq.
Metbuat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi belə açıqlama verib. O, Hörmüz boğazı ilə bağlı Omanla aparılan danışıqlara toxunaraq, İranın hazırda ABŞ ilə birbaşa danışıqlar aparmadığını deyib. Sözçü qeyd edib ki, Tehran vasitəçi ölkələr üzərindən Vaşinqtonla mesaj mübadiləsini davam etdirir.
Onun sözlərinə görə, hazırda Omanla danışıqlarda Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması məsələsi müzakirə olunmur.