Çinin Xançjou şəhərində yerləşən 206 metr hündürlüyündə “Regent International Center” binasında təxminən 20 min insan yaşayır.
Metbuat.az xəbər verir ki, xaricdən adi göydələn təsiri bağışlayan bina daxilində market, gözəllik salonu, restoran və hətta dam barı fəaliyyət göstərir. Sanki kiçik bir rayonun əhalisinin yerləşdiyi bu kompleks sakinlərə binadan çıxmadan gündəlik ehtiyaclarını qarşılamaq imkanı verir.
“Marina Bay Sands” otelinin baş dizayneri Alisiya Lunun imzasını daşıyan bina əvvəlcə altıulduzlu lüks otel kimi layihələndirilib. Lakin sonradan konsepsiya dəyişdirilərək 5 mindən çox mənzilin yerləşdiyi yaşayış kompleksinə çevrilib. Məkanın sahəsindən maksimum istifadə etmək üçün bəzi böyük mənzillərin altı kiçik hissəyə bölündüyü bildirilir.
Pəncərəsi olmayan və günəş işığı almayan kiçik otaqların aylıq kirayəsi təxminən 1 500 Çin yuanı, təşkil edir. Məlumata görə, bu otaqlara xüsusilə büdcəsi məhdud tələbələr və tək yaşayan gənclərin üstünlük verdiyi qeyd olunur. Balkonlu və mənzərəli mənzillərin kirayəsi isə təxminən 4 min yuana çatır.
Mütəxəssislər tərəfindən gələcəyin şəhər həyatının mümkün nümunələrindən biri kimi təqdim edilən bu bina, eyni zamanda sıx və təcrid olunmuş yaşayış şəraitinin yaratdığı problemləri də gündəmə gətirir.