AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu Azərbaycan-Ermənistan sərhədində - Ermənistan ərazisində qeydə alınan zəlzələ ilə bağlı məlumatı yeniləyib.
Metbuat.az xəbər verir ki, zəlzələnin maqnitudasının 3,9 olduğu bildirilib.
Yenilənmiş məlumata əsasən, yeraltı təkanlar Gədəbəy stansiyasından 53 km cənubda, yerli vaxtla 23:11-də qeydə alınıb.
***
23:32
Kəlbəcər rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:11-də, 5,7 km dərinlikdə qeydə alınıb.