UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şturm Qraz”la qarşılaşacaq İnstanbulun “Fənərbağça” klubu kritik matç öncəsi ciddi itki ilə üzləşib.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, sarı-lacivərdlilər Avstriyada keçiriləcək həlledici görüşdə iki əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın braziliyalı qapıçısı Ederson virus infeksiyası səbəbindən, niderlandlı cinah hücumçusu Entoni Musaba isə yaşadığı kəskin ağrılar üzündən oyun üçün iştirak ərizəsinə daxil edilməyib.

Bu itkilər “Fənərbağça”nın “Şturm Qraz” qarşısında heyət seçiminə mənfi təsir edib. Buna baxmayaraq, İstanbul təmsilçisi ilk oyunda əldə etdiyi nəticənin üstünlüyünü qoruyaraq növbəti mərhələyə yüksəlməyə çalışacaq.

Qeyd edək ki, “Şturm Qraz” – “Fənərbağça” oyunu sabah Bakı vaxtı ilə isə 22:30-da başlayacaq. Görüş Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə həlledici əhəmiyyət daşıyır.