Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Ziyafət Kamal qızı Qurbanovanın və 1986-cı il təvəllüdlü Nurlana Muradxan qızı Məmmədovanın meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.