Türkiyənin məşhur sənətçisi Ajda Pekkan lüks saat kolleksiyasına daha bir bahalı nümunə əlavə edib. “Süperstar”ın yeni qol saatına ödədiyi məbləğ isə diqqət çəkib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ajda Pekkan İsveçrənin dünyaca məşhur saat markalarından birinin xüsusi istehsal etdiyi modelini satın alıb. Sənətçinin yeni saat üçün təxminən 5 milyon türk lirəsi (185 min manat) ödədiyi iddia olunur.
Bu məbləğ Türkiyədə bir mənzilin qiyməti ilə müqayisə ediləcək qədər yüksəkdir. Xüsusi istehsal edilən saatın dizaynı və yüksək dəyəri onu Pekkanın lüks kolleksiyasındakı digər nümunələrdən də fərqləndirir.
Qeyd edək ki, Ajda Pekkanın uzun illərdir daşınmaz əmlak, zinət əşyaları və digər qiymətli əşyalara maraq göstərdiyi bildirilir. Lüks saatlar da sənətçinin diqqət çəkən seçimləri sırasındadır.
Məlumata görə, Pekkanın kolleksiyasında artıq 12 lüks saat var. Sonuncu alışla birlikdə kolleksiyanın ümumi dəyərinin də artdığı qeyd olunur.
Ajda Pekkanın yeni saatı İsveçrədə fəaliyyət göstərən məşhur markanın xüsusi seriyasından seçilib. Sənətçinin bu bahalı seçimi Türkiyə mediasında da geniş müzakirə olunub.