“Qalatasaray” ulduz hücumçusu Viktor Osimhenlə bağlı qərarını verib.
Metbuat.az xəbər verir ki, “Atletiko Madrid”, “Barselona”, “Tottenhem” və “Mançester Yunayted” kimi klubların maraq göstərdiyi nigeriyalı futbolçu transferə çıxarılmayacaq.
Klub rəhbərliyinin transfer dönəminin sonuna qədər Osimhen üçün menecerlər vasitəsilə daxil olacaq təklifləri belə nəzərdən keçirməmək qərarına gəldiyi bildirilir.
Qeyd olunur ki, əvvəllər 120-140 milyon avro civarında təkliflərin dəyərləndirilə biləcəyi ehtimalı da artıq gündəmdən çıxarılıb.
“Qalatasaray” Osimheni həm Super Liqa, həm də Çempionlar Liqası planlarının əsas futbolçularından biri hesab edir.