Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,4 % çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,6 % azalaraq 22 milyard 916,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,2 % artaraq 53 milyard 901,2 milyon manata çatıb.
7 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,3 % artaraq 38 milyard 902,4 milyon manat, o cümlədən qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 4,4 % artaraq 10 milyard 724,8 milyon manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,8 % artaraq 8 milyard 797,2 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 7,1 % artaraq 9 milyard 206,6 milyon manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 10,4 % artaraq 2 milyard 378,6 milyon manat təşkil edib.