“Fənərbağça” hücumçu axtarışında Romelu Lukakunun transferi üçün “Napoli” ilə danışıqları davam etdirir.
Metbuat.az xəbər verir ki, İstanbul klubu belçikalı forvardla şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib.
“Fənərbağça” əvvəlcə 6 milyon avro, daha sonra isə 9 milyon avro təklif edib. “Napoli” 12 milyon avro tələb etdikdən sonra klub son təklifini 10 milyon avroya yüksəldib və bu məbləği artırmayacağını bildirib.
Razılıq əldə olunacağı təqdirdə Lukakunun tibbi müayinədən keçirilməsi planlaşdırılır.
“Fənərbağça” alternativ variant kimi “Feyenoord”un yapon hücumçusu Ayase Ueda üçün də 20 milyon avro təklif edib. Niderland klubunun isə futbolçu üçün 30 milyon avro tələb etdiyi bildirilir.