Futbol üzrə Türkiyə yığma komandasının üzvü Deniz Gülün başına iş gəlib. Karyerasını Portuqaliyada davam etdirən ulduz futbolçunun evi naməlum şəxslər tərəfindən qarət olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb.

Xarici mətbuatın yazdığına görə, oğrular təcrübəli futbolçunun evindən bahalı saatlar və qızıl-zinət əşyalarını aparıblar. Portuqaliya polisi Gulün evindən aparılan saatların və qızıl-zinət əşyalarının ümumi dəyərinin 250 min avro olduğunu açıqlayib.

Faktla bağlı araşdırma aparılır.