Arda Gülər "Real Madrid"in mövsümöncəsi hazırlıq prosesinə qoşulan ilk futbolçulardan biri olub və yoldaşlıq oyunlarındakı çıxışı ilə diqqət çəkib.
Metbuat.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo türk futbolçunun performansından razıdır və onu həm mərkəz yarımmüdafiəsində, həm də hücum xəttində alternativ kimi nəzərdən keçirir. İspaniya mətbuatının məlumatına görə, bununla yanaşı, "Real Madrid" Yan Diomande və Rodrinin transferini başa çatdırmaq üçün çalışmalarını davam etdirir. İddia olunur ki, bu keçidlər reallaşacağı təqdirdə Arda Gülər və Bernardo Silva əsasən ehtiyat oyunçular skamyasında yer alacaqlar.
Mənbənin yazdığına görə, hər iki futbolçu Mourinyonun planlarında vacib yer tutsa da, əsas heyətin daimi üzvü olmayacaq və rotasiyada istifadə ediləcək.