İran və Oman Hörmüz boğazından gəmilərin hərəkət qaydaları ilə bağlı ilkin razılıq əldə ediblər.
Metbuat.az xəbər verir ki, məlumata görə, razılaşma əvvəlcə 60 gün qüvvədə olacaq və gəmiçiliyin bərpasına xidmət edəcək.
Razılaşmaya əsasən, boğaza daxil olan gəmilər İran, çıxan gəmilər isə Oman sahillərinə yaxın marşrutdan istifadə edəcək. Sənədin qüvvəyə minməsi üçün İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi tələb olunur. Tərəflərin yaxın günlərdə birgə bəyanat yayacağı gözlənilir. ABŞ mediasının məlumatına görə, razılaşmada boğazdan keçid üçün hər hansı tranzit rüsumu nəzərdə tutulmur.