Sosial mediada yayılan və 12 avqust 2026-cı ildə Yer kürəsinin cazibə qüvvəsinin 7 saniyəlik dayanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Metbuat.az xəbər verir ki, TikTok və "Instagram"da yayılan paylaşımlardan sonra bir çox istifadəçi bu mövzuda araşdırma aparmağa başlayıb. NASA məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Yer kürəsinin cazibəsinin qısa müddətə belə yox olacağına dair heç bir elmi əsas yoxdur. Qurumun "Snopes" platformasına verdiyi açıqlamada belə bir hadisənin baş verəcəyini təsdiqləyən heç bir elmi məlumatın olmadığı qeyd edilib.

Fizika mütəxəssisləri də bu iddiaların elmi reallıqlara uyğun olmadığını vurğulayıb. Onların sözlərinə görə, cazibə qüvvəsi açılıb-sönən mexanizm deyil və planetin kütləsi ilə bağlı sabit təsirdir.