MDB-də yeni icra mexanizmi qüvvəyə minib.
Metbuat.az xəbər verir ki, avqustun 5-dən etibarən qüvvədə olan sazişə əsasən, üzv ölkələrin icra orqanları məhkəmə qərarı ilə borclu şəxslərin digər MDB dövlətlərindəki əmlakı, gəlirləri və iş yerləri barədə məlumatları daha operativ əldə edə biləcəklər. Bu, borcluların əmlakı başqa ölkəyə keçirməklə öhdəliklərdən yayınmasını xeyli çətinləşdirəcək.
Yeni mexanizm aliment, kredit, vergi borcları, inzibati cərimələr və digər icra sənədlərinin icrasını sürətləndirməyə hesablanıb. Saziş ekstradisiya və cinayət təqibini deyil, yalnız məhkəmə qərarlarının icrası üçün zəruri məlumat mübadiləsini nəzərdə tutur. Azərbaycanda da sənədin tətbiqi borcluların MDB ölkələrindəki əmlak və gəlirlərinin müəyyən edilməsini asanlaşdıracaq.