Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb.

Metbuat.az xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.

T. Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.