Göyçay rayon Təhsil Sektorunun müdiri vəzifəsindən azad edilib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mərkəzi Aran Regional Təhsil İdarəsi rəhbərliyinin struktur tabeliyinə daxil olan Göyçay rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədov vəzifəsindən azad edilib.
Qeyd edək ki, hələlik vakant olan vəzifəyə yeni təyinat verilməyib.