Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonu könüllü şəkildə istefa verməyə çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, UEFA-ya üzv olan 55 assosiasiyanın hamısı Canni İnfantinonun vəzifədən uzaqlaşdırılması təşəbbüsünü dəstəkləməyə hazırdır.