İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.
Metbuat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
O bildirib ki, bu, 9-cu Milli Assambleyanın formalaşdırılması ilə bağlı keçirilən sonuncu iclasdır.