“Real Madrid” “Leypsiq”in futbolçusu Yan Diomandeni transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, İspaniya klubu Fil Dişi Sahilindən olan gənc futbolçu üçün Almaniya təmsilçisi ilə 100 milyon avrodan çox məbləğdə razılığa gəlib. “AS” nəşrinin məlumatına görə, 19 yaşlı futbolçunun Madrid klubuna gəlişi Arda Gülerin komandadakı roluna da təsir edəcək. Bildirilir ki, Diomandenin heyətə qoşulmasından sonra Arda əvvəlki qədər əsas fiqur olmayacaq. Türkiyəli futbolçunun əsas heyətdəki mövqeyini itirərək daha çox rotasiya oyunçusuna çevriləcəyi qeyd olunur. Arda Gülerin bu halda ötən mövsüm Brahim Diasın yerinə yetirdiyi rolu icra edəcəyi gözlənilir. İddialara görə, o, yarımmüdafiə və hücum xəttində baş məşqçinin ehtiyat variantlarından biri kimi meydana çıxacaq.

Diomandenin transferindən sonra Brahim Diasın isə komandanın rotasiyasında daha arxa plana keçəcəyi bildirilir. Mərakeşli futbolçunun yay transfer pəncərəsində “Real Madrid”dən ayrılması ehtimalı yüksək qiymətləndirilir.