Ukraynanın Xəzər dənizində İranın gəmi və obyektlərinə hücumundan sonra Tehran Kiyevə qarşı cavab tədbirini nəzərdən keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə “New York Times” İran və Qərb rəsmilərinə istinadən xəbər verib. Bildirilib ki, Tehran Ukraynaya zərbə endirməyi nəzərdən keçirib. Məlumata görə, intensiv diplomatik səylər nəticəsində vəziyyət hələlik sakitləşib. Hesabatda İranın Ukrayna limanını hədəfə almağı planlaşdırdığı bildirilib. Kəşfiyyat məlumatlarından xəbərdar olan rəsmilərin sözlərinə görə, Tehran “kiçik döyüş başlığı” olan ballistik raketlə minimal zərərli hücum həyata keçirərək Ukraynaya simvolik mesaj göndərməyi düşünür.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti dronların Xəzər dənizində Rusiya neft platformasına və İranla Rusiya arasında hərbi yük daşınmasında istifadə olunan gəmilərə hücum etdiyini açıqlayıb.