“Fənərbaxça” və “Qalatasaray”ın transfer gündəmində olan Rafael Leao ilə bağlı yeni məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, italiyalı məşhur jurnalist Fabrizio Romano portuqaliyalı hücumçunun “Milan”dan mümkün ayrılığı barədə danışıb. Onun sözlərinə görə, hər iki İstanbul klubu Rafael Leao ilə maraqlanmaqda davam edir. Jurnalist qeyd edib ki, “Milan” rəhbərliyi Leao üçün ən azı 50 milyon avro tələb edir. Romano həmçinin İtaliya klubunun ilkin mərhələdə futbolçunun icarəyə verilməsi variantını da istisna etdiyini söyləyib.

Qeyd edək ki, Rafael Leaonun “Milan”la müqaviləsi davam etsə də, onun yay transfer dönəmində komandadan ayrılması ehtimalı gündəmdədir.