"Beşiktaş"ın baş məşqçisi Vinçentso İtaliano Məhəmməd Salah barədə diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə “La Gazzetta dello Sport”a müsahibəsində danışıb. İtaliano Salahın transferi ilə bağlı məsələnin hələ də gözləmə mərhələsində olduğunu bildirib. İtaliano bununla yanaşı, komandasında Orkun Kökçü kimi güclü kapitanın olduğunu vurğulayıb. Baş məşqçi Leandro Trossardı isə “super transfer” adlandırıb.

İtaliano “Bologna”dan bir-iki futbolçunun transferi üçün danışıqlar apardıqlarını, lakin ad açıqlamaq istəmədiyini də deyib.