il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 30 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, bu rəqəm ilin əvvəli ilə müqayisədə dəyişməyib.

Hesabat tarixinə avrobondların 5,125 kupon dərəcəli 310,7 milyon dollarlıq hissəsinin ödəniş müddəti 2029-cu ildə, 3,5 % kupon dərəcəli 1 076,6 milyon dollarlılıq hissəsinin ödəniş müddəti isə 2 032-ci ildə başa çatır.