ABŞ Prezidenti Donald Trump ilə Ukrayna Prezidenti Volodymyr Zelenskyy arasında Ağ Evdə keçirilən görüş konkret nəticələrlə yadda qalmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın "Strana.ua" nəşri məlumat yayıb.

Nəşr bildirib ki, görüşdən sonra ictimaiyyətə yalnız qısa və ümumi xarakterli açıqlamalar təqdim olunub və danışıqların konkret nəticələri açıqlanmayıb.

"Strana.ua" həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və Trampın kürəkəni Jared Kushnerin yaxın iki həftə ərzində Kiyevə mümkün səfəri ilə bağlı xəbərlərə də münasibət bildirib. Nəşr qeyd edib ki, onların Ukraynaya səfəri barədə məlumatlar hələ yaz aylarından gündəmdə olsa da, indiyədək reallaşmayıb.

Qeyd edək ki, Zelenski ilə Tramp arasında Ağ Evdə keçirilən qapalı görüş təxminən bir saat davam edib. Görüşdən sonra Ukrayna Prezidenti tərəflərin diplomatik prosesin canlandırılması məsələsini müzakirə etdiklərini bildirib və danışıqları "yaxşı görüş" kimi qiymətləndirib.